Tarix: 19.07.2024 / 14:00
27 ildir gecə-gündüz kitab yazıram    - Tariyel Azərtürk

27 ildir gecə-gündüz kitab yazıram - Tariyel Azərtürk

“Vaşinqton Universitetində Biokimya laboratoriyasında, Dillər Mərkəzində işləmişəm. Həmçinin, Edmonds Məktəblər Mərkəzində inspektor olmuşam. 27 ildir gecə-gündüz kitab yazmaqla məşğulam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında ABŞ-ın Sietl şəhərində yaşayan Azərbaycan əsilli alim, şumeroloq doktor Tariyel Azərtürk deyib.

O, bildirib ki, hazırda “etrusk” yazılarının tərcüməsi ilə məşğuldur və onlar təmiz türk dilində danışıblar:


“Diasporla İş üzrə Dövlət Komitəsindən, Heydər Əliyev Fondundan kömək istəyirəm ki, məni dövlət hesabına 6 aylığa “etrusk” ulularımızın Vətəni olmuş İtaliyaya ezam etsinlər. Gedim “etrusk”lara həsr etdiyim sonuncu kitabımı (500 səhifə, ingiliscə-azərbaycanca) oradakı zəngin muzeylərdə işləri sona çatdırım. Bununla da dünyaya sübut edim ki, onlar türk idilər və türkcə danışırdılar. İnidiyədək bilinmir bu boyda mədəniyyət yaratmış “etrusk”lar hansı dildə danışıb”.

T.Azərtürk 2022-ci ildə kitabının ABŞ-da nəşrinə dəstək verən Diaspora Komitəsinin sədri Fuad Muradova təşəkkür edib:

“O, zaman planlaşdırdığım 900 səhifəlik ingilisdilli kitabımı nəhayət bu ilin iyununda nəşr etdirə bildim”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...