Tarix: 06.12.2024 / 23:25
Rusiyadan çıxarılan 2000 miqrant arasında     azərbaycanlılar da var

Rusiyadan çıxarılan 2000 miqrant arasında azərbaycanlılar da var

Rusiyanın Nijni Novqorod şəhərində qanunsuz yaşayan 1888 əcnəbi Rusiyadan zorla çıxarılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, Kuba, Misir, Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan olan və qeyri-qanuni yaşayan vətəndaşlar öz ölkələrinə göndərilib.

Onlar Rusiya Federasiyasına gəlmə və orada məskunlaşma qaydalarına əməl etməyiblər.

Miqrantlar 2000 rubl cərimələniblər.

Qanunu pozan şəxslər beş il ərzində Rusiyaya qayıda bilməzlər.


Şərhlər

Yaz...