Tarix: 09.11.2024 / 12:06
20 min miqrant Rusiyadan    deportasiya ediləcək

20 min miqrant Rusiyadan deportasiya ediləcək

Rusiya Daxili İşlər Nazirliyi “Qanunsuz 2024” əməliyyatı çərçivəsində 20 min əcnəbinin ölkədən çıxarıldığını açıqlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Daxili İşlər Nazirliyi barələrində miqrasiya qanunvericiliyinin pozulması halları müəyyən edilən on minlərlə əcnəbi vətəndaşın Rusiya Federasiyasından çıxarıldığını bildirib.

İdarənin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, pozuntular “Qanunsuz 2024” əməliyyatı çərçivəsində aşkar edilib.

“106 mindən çox qanun pozuntusu müəyyən edilib. Həmçinin, 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul edilib”, - deyə o bildirib.


Şərhlər

Yaz...