Tarix: 06.08.2024 / 23:12
17 min tacik Rusiyadan   qovuldu

17 min tacik Rusiyadan qovuldu

2024-cü ilin ilk altı ayında Tacikistandan olan 17 mindən çox əmək miqrantı Rusiyadan qovulub ki, bu da 2023-cü illə müqayisədə çoxdur.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluq naziri Gülnora Xasanzoda məlumat verib.

G.Xasanzoda əlavə edib ki, 2023-cü ildə 11 minə yaxın tacik Rusiyadan qovulub:

"Tacikistan vətəndaşları çox vaxt Rusiyadakı rejimə əməl etmirlər və hazırda Rusiya Federasiyasında buna çox diqqət yetirilir. Həmçinin deportasiya müddəti hələ başa çatmayan bəzi vətəndaşların ölkəyə girişinə icazə verilmir".

2024-cü ilin birinci yarısında respublikadan kənara əmək miqrasiyası üçün gedən Tacikistan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azalıb:

"Onların sayı 393 min nəfəri keçmir. Miqrantların 90%-dən çoxu Rusiyaya üz tutub".


Şərhlər

Yaz...