Tarix: 27.05.2024 / 19:15
16 yaşlı azərbaycanlı Lipetskdə dəstə yaratdı...  - Fotolar

16 yaşlı azərbaycanlı Lipetskdə dəstə yaratdı... - Fotolar

Lipetskdə yaşayan yeniyetmənin sosial şəbəkələrdə odlu silah və Azərbaycan bayrağı olan fotoşəkillərinə rast gəlmək olar. Şəhər sakinləri bu təhlükəli qruplaşmadan daim qorxu içindədirlər, dəstə təhqir və döyülmə səhnələrini kameraya çəkir.

İddiaya görə, yeniyetmə oğlanlar təhsil almaq əvəzinə məktəbliləri döyməyə, qızlara sataşmağa, kiçik yaşlı məktəbliləri və onlarla münaqişəyə girməkdən qorxanları soymağa başlayıblar.

Lipetsk xuliqanlarının ideoloji ilhamvericisinin Amar Qasımovun olduğu bildirilir.

Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayət idarəsi dünən başlayan yeniyetmə videolarının yoxlanışının nəticələrini açıqlayıb.

“Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayəti üzrə əməkdaşları azyaşlıların ictimai asayişi kobud şəkildə pozduqları, münaqişələr törətdikləri və davalarda iştirak etdikləri videomateriallardan ibarət nəşrləri müəyyən ediblər.

Hüquq-mühafizə orqanları hadisələrin bütün iştirakçılarının, onların yerinin, habelə videoçəkilişdə qeydə alınmış hadisələrin baş vermə şəraitinin müəyyən edilməsinə yönəlmiş kompleks əməliyyat-axtarış tədbirləri təşkil ediblər.

Yoxlama tədbirləri zamanı polis çəkilişdə iştirak edənlərin hamısını müəyyən edib. Azyaşlılar və onların qanuni nümayəndələri araşdırma aparılması üçün polis şöbəsinə aparılıb.

Hazırda polis əməkdaşları hadisənin bütün hallarını, habelə yuxarıda adı çəkilən şəxslərin qanunsuz hərəkətlərinin mümkün qurbanlarını aydınlaşdırır”, - Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayəti üzrə rəsmi məlumatında deyilir.

Son məlumata görə, Lipetsk məhkəməsi həmyaşıdlarından hədə-qorxu ilə pul alan yeniyetmələrdən ibarət etnik dəstənin 15 yaşlı liderini ev dustaqlığına göndərib. Bu barədə İstintaq Komitəsinin regional İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, mayın 1-də günortadan sonra, şübhəli şəxs, Hərbi şəhərçiyin stadionunda, zorakılıqla hədələyərək, 14 yaşlı bir oğlandan üç min rubl oğurlayıb. Məktəbliyə mənəvi və maddi ziyan dəyib.

Şübhəli şəxs barəsində quldurluq maddəsi ilə cinayət işi açılıb. Onu 7 ilə qədər həbs cəzası gözləyə bilər./Lent.az


Şərhlər

Yaz...