Rusiyada iğtişaş törətməkdə ittiham edilən və 10 ildir federal axtarışda olan azərbaycanlı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, o, 10 ildir məhkəmə prosesindən yayınıb.
“Azərbaycanın Astara rayonundan olan 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 2014-cü ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Kütləvi iğtişaşlar" maddəsi ilə ittiham olunub. Lakin, azərbaycanlı 10 ildir məhkəmədən gizlənib", - deyə məlumatda qeyd olunub.
Təqsirləndirilən şəxsin Azərbaycanda ev dustaqlığına buraxıldığı bildirilir.
Hazırda onun ekstradisiyası məsələsi həll edilir.