Asiya səfəri çərçivəsində Malayziyada olan ABŞ prezidenti Barak Obama ölkənin ən böyük məscidinin imamından "Müsəlmanların zülmünü“ dayandıra bilməsi üçün ona dua etməsini istəyib. Malayziyanın ən böyük məscidini ziyarət edən ABŞ prezidenti məscidin imamı İsmayıl Məhəmməd ilə 25 dəqiqə məsciddə gəzib. 
Paytaxt Kuala - Lumpurda Obama kral türbəsini də ziyarət edib. Obamanın səfəri zamanı ayaqqabısını çıxarması diqqət çəkib. 25 dəqiqəlik kiçik gəzinti zamanı Obama ölkənin ən böyük alimi sayılan İsmayıl Məhəmməd arasında dialoq ziyarətə damğasını vurub. İsmayıl Məhəmməd Obamadan dünyanın hər bir yanında müsəlmanlara qarşı edilən zülmləri dayandırmasını istəyib. Obama isə bu tələb qarşısında “mənə dua et'” deyərək, zülmləri dayandırma mövzusunda “mənəvi” dəstək istəyib.
ABŞ prezidenti Obama və Malayziyanın ən böyük imamı İsmayıl Məhəmməd arasında keçən bu dialoq ölkə gündəmini zəbt edib. 
Pernama xəbər agentliyi Obama ilə Məhəmməd arasında keçən dialoqun detallarını paylaşıb. Xəbərə görə Obama İsmayıl Məhəmmədə dünya üzərində cəmiyyətlərə qarşı təzyiq və qarşıdurmaları dayandırmaq üçün əlindən gələni etdiyini bildirib.
70 yaşlı imam Barak Obamanın tez-tez “İnşallah” və Malayziya dilində “Təşəkkür edirəm” mənasını verən “Tirima Kasih" ifadələrindən istifadə etdiyini qeyd edib.

Комментарии