İyulun 30-da Stokholm şəhərinin ətrafında - Upplands Bru kommunasında (İsveç) 35 yaşlı Azərbaycan vətəndaşı Məhəmməd Xankişiyev güllələnib. Faciə M.Xankişiyevin yaşadığı evin yaxınlığında baş verib.
Hadisənin səbəbi və şəraiti hələlik məlum deyil.
“Qətl hadisəsinin cinayətkar qruplar arasında münaqişə fonunda baş verdiyi güman edilir. Cinayəti törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqur kimi qəbul edərək onu səhvən öldürmə ehtimalı da yüksəkdir”, - deyə vilayət prokuroru İsveç mətbuatına açıqlamasında qeyd edib.