Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan Krım tatarlarının lideri Mustafa Krımoğlu Cəmilov bu gün Krıma qayıdıb. Bu barədə Krım Tatarları Məclisinin mətbuat katibi Leyla Muslimova məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər beş minə yaxın Krım tatarı Krım-Ukrayna sərhədindəki Armyansk sərhəd-keçid məntəqəsinə üz tutub. Orada Krım tatarları ilə canlı sədd quran sərhədçilər arasında toqquşma olub, atəş səsləri eşidilib. Sərhədçilər yalnız Krım Tatarları Məclisinin sədri Refat Çubarov və Krım baş nazirinin müavini Lenur İslamovun əyləşdiyi avtomobili buraxmağa razılaşıblar. Buna etiraz edən Krım tatarları canlı səddi aşaraq Mustafa Cəmilovun Krım ərazisinə keçidini təmin ediblər.

Qeyd edək ki, 3 May Krım tatarları tərəfindən Xıdırlez milli bayramı kimi qeyd olunur.

Комментарии