İraqda  seçki məntəqələrində partlayışlar törədilib. BBC-nin yaydığı məlumata görə, terror aktları nəticəsində ən azı 20 nəfər ölüb. Xatırladaq ki, aprelin 30-da İraqda parlament seçkiləri keçiriləcək. Təhlükəsizlik, penitensiar xidmətləri və tibb işçiləri isə seçki ərəfəsi səs verirlər. Bu, ABŞ qoşunlarının ölkəni tərk edəndən sonra keçiriləcək ilk parlament seçkiləridir. İraqın prezidenti Cəlal Talabani isə Berlində səs verib. O, keçirdiyi insultdan sonra Almaniyanın paytaxtında müalicə alır.

Комментарии