Azərbaycan prezidenti İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb.

Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə H.Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Комментарии